AZ

Azərbaycanın qətiyyətli tədbirləri sayəsində AQFETM məkanında bir münaqişə azaldı - Kayrat Sarıbay

Bakı. Trend:

Azərbaycanın qətiyyətli tədbirləri sayəsində Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) məkanında birmünaqişə azaldı.

Trend xəbərverir ki, bu barədə AQFETM-in baş katibi Kayrat Sarıbay brifinqdədeyib.

"Azərbaycanın qətiyyətli və qanuni tədbirləri sayəsində AQFETMməkanında bir münaqişə azaldı. Azərbaycan münaqişələrin həlli,eləcə də, münaqişə sonrası bərpa üzrə unikal təcrübəyə malikdir", -deyə o bildirib.

Bundan başqa, Kayrat Sarıbay AQFETM-in qarşıdakı nazirlərmüşavirəsinin payızda Bakıda keçiriləcəyini qeyd edib.

"AQFETM dinamik şəkildə inkişaf edir, ona tələb var və böyükperspektivə malikdir. Azərbaycanın AQFETM-də sədrliyi çox effektivolacaq. Azərbaycan bir çox təşkilatlarda uğurla sədrlik edib", - odeyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün AQFETM üzv dövlətlərininmaraqları ilə eyni olan öz milli maraqları da var.

Kayrat Sarıbay qeyd edib ki, Azərbaycan AQFETM-in yaradılmasınınilk tərəfdarları arasında olmaqla, ilk AQFETM sənədini qəbul etmiş15 ölkədən biridir.

"Azərbaycanın sədrliyi 30 il əvvəl Qazaxıstan tərəfindən irəlisürülmüş təşəbbüsü daha da inkişaf etdirməyə imkan verəcək", - deyəo əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla