AZ

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tələbələr üçün təlimlər təşkil olunub

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün növbəti təlimlər keçirilib.
 
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış təlim Fəaliyyət Planına uyğun olaraq “İlk yardım-nəzəri və praktik bacarıqlar” və “Laborator müayinələrin keyfiyyətinin təmin olunmasında tibb bacısının rolu. Preanalitik mərhələnin qaydaları” mövzularında olub.
 
 
Təlimlər Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin baş müfəttişi Hüseyn Qasımov və Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin mütəxəssisi Ceyranxanım Hacıyeva tərəfindən aparılıb.
 
Təlimlər zamanı Hüseyn Qasımov qanaxma, yanıqlar, zədələnmələr, heyvan və ya həşərat dişləmələri zamanı ilk yardım haqqında ətraflı məlumat verib. Ceyranxanım Hacıyeva isə laboratoriyada qan götürmə taktikaları, laborator və instrumental müayinələrin ümumi prinsipləri, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların düzgün götürulməsi qaydaları barədə ətraflı məlumat verib və Hospitalın Tibbi laboratoriyasının beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.
 
Təlimlər zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb. 
Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla