AZ

Ombudsman Başlıbel faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib

Bakı. Trend:

Bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndindətörətmiş olduğu qətliamdan 31 il ötür.

Trend xəbər verir ki, bu barədə Ombudsman Aparatının "Facebook"sosial şəbəkə hesabında qeyd edilib.

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyatakeçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərləgünahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onlarınsoyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olub.

Bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndindətörətmiş olduğu qətliamdan 31 il ötür.
İnsanlıq əleyhinə yönəlmiş bu qanlı qətliam nəticəsində beynəlxalqhüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobudşəkildə pozulmuş, içərisində qadınların, uşaqların, əlilliyi olanşəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruzqalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diriyandırılmışdır. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindənbiri olan Başlıbelin tarixi, dini, mədəni obyektləri işğal zamanıdağıdılaraq məhv edilib.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistansilahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmişşəxslərin dəfn olunduğu yer aşkar edilib. Kütləvi şəkildə qətləyetirilmiş kənd sakinlərinin qalıqları ekshumasiya edilməkləşəxsiyyətləri müəyyənləşdirilib və daha sonra ayrı-ayrı dəfnolunub", - deyə əlavə edilib.

Məqalədə:
Seçilən
48
31
Mənbələr
Şərh ()
Bağla