AZ

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

Azərbaycanın

Bakı, 18 aprel, AZƏRTAC

Bildiyiniz kimi, bu gün bütün dünyada olduğu kimi, Asiyada da bir sıra münaqişələr mövcuddur.

2021-ci ildə Azərbaycana səfərim zamanı mən xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycanın öz torpaqlarını azad etməsi münasibətilə ürəkdən təbrik etdim. Bildirdim ki, sevindirici haldır ki, Asiyada mövcud ərazi problemlərindən birinə son qoyuldu. Bu bölgədə bir konflikt azaldı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru, Qazaxıstanın dövlət xadimi, diplomat Kayrat Sarıbay Bakıdakı brifinqdə deyib.

"Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi bütün Asiya ölkələri üçün də müsbət bir haldır. Bu cür münaqişələrin həllini tapması, sülhün bərqərar olması region dövlətləri, həmçinin Asiya ölkələri də daxil olmaqla dünyada iqtisadi inkişafın yüksəlməsinə yol açacaq, ümumi inkişafa töhfə verəcək", - deyə K.Sarıbay deyib.

Azərbaycanın müxtəlif təşkilatlara sədrliyi dövründə fəaliyyətinin uğurlu olduğunu qeyd edən K.Sarıbay deyib: "Düşünürəm ki, Azərbaycan qarşıdan gələn COP29 tədbirinə də yüksək səviyyədə ev sahibliyi edəcək".

 

 

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla