AZ

“Sabah”ın qələbəsi Xorvatiyada səs saldı - “komanda “Bayer-04”ü çarmıxa çəkən “Qarabağ”ı məğlub etdi...”

“Sabah” 30-cu turda “Qarabağ”ı evdə məğlub etdi – 3:2. Bununla “köhlən atlar”ın 18 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyuldusa, “bayquşlar”ın avrokuboklar uğrunda mübarizədə şansı artdı.

Masazır təmsilçisinin gözlənilməz qələbəsi Xorvatiya mətbuatının da diqqətindən yayınmayıb. “Football-plus.az” xəbər verir ki, ölkənin məşhur “gol.hr” nəşrində “Sabah”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliçin uğurundan bəhs edilib:

“Xorvatiyalı məşqçi sensasiya yaratdı. Onun komandası “Bayer-04”ü çarmıxa çəkən “Qarabağ”ı məğlub etdi...Renduliçin “Sabah”ı Azərbaycan çempionatında möhtəşəm qələbə qazandı. Mütəxəssis bir aydan çoxdu komandaya baş məşqçi təyin edilib. O, qısa müddətdə kiçik möcüzə yarada bildi. Qələbənin önəmi isə rəqibin məhz “Qarabağ” olmasıdı. Çünki bu komanda Almaniya bundesliqasının hit kollektivləriylə mübarizə aparacaq gücdədi. Onlar Xabi Alonsonun yenilməz kollektivi üçün ən cəsarətli rəqib idi... “Qarabağ” yerli liqada da uğurludu. Komanda 30-cu turdan sonra ikinci pillədə qərarlaşan “Neftçi”ni 25 xal qabaqlamaqla bunu sübut edir”.

KƏNAN BAHADIR
Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla