AZ

“Biz kifayət qədər maqnezium almırıq” fikri mifdir

Həkimi və teleaparıcı Aleksandr Myasnikov tərəfindən "Rossiya 1" telekanalında yayımlanan "Ən vacib şey haqqında" televiziya şousunda insan orqanizmində geniş yayılmış maqnezium çatışmazlığı ilə əlaqəli fikirlərə aydınlıq gətirilib.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, maqnezium bir çox adi qidalarda olur. Məsələn, şokoladda, quş ətində, balıqda və s.

Həkim qeyd edib ki, “biz kifayət qədər maqnezium almırıq” fikri mifdir. Çünki maqnezium çox qidada var.

O, izah edib ki, ki, bu faydalı elementin çatışmazlığı stress, müəyyən dərmanların qəbulu və balanssız və pis qidalanma səbəbindən baş verə bilər.

Məlumdur ki, istənilən alkoqol beyin hüceyrələrini məhv edir, həmçinin orqanizmdən maqneziumun yuyulmasına səbəb olur. Maqnezium sinir sisteminin sağlamlığı üçün vacib bir mikroelement olduğundan çatışmazlığı əsəbilik, depressiya və əhval-ruhiyyənin sürətlə dəyişməsinə səbəb olur, beynin idrak funksiyalarını – yaddaşı, konsentrasiyanı, hərəkətlərin koordinasiyasını, təfəkkür proseslərinin fəaliyyətini pozur.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla