AZ

“Biz yaxın illərdə bu enerjinin Avropaya ixracatçısına çevriləcəyik” – Elnur Allahverdiyev

“Bir sıra ölkələrdə, məsələn, Birləşmiş Ərəb Əmirliklərində, yaxud Qətərdə su hövzəsi hesabına torpaq ərazisinin genişləndilməsi turizm layihələri məqsədi ilə edilib və bu, büdcəyə iri maliyyə vəsaitinin cəlb edilməsi deməkdir. Sinqapurda isə məqsəd ölkə ərazisini genişləndirməkdir. Sinqapur xarici dövlətlərdən pul ilə torpaq alıb, gəmilərlə öz sahillərinə daşıyır və ərazisini bu yolla genişləndirir.” – bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev səsləndirib.

Millət vəkili qeyd edib ki, istənilən halda bir əhəmiyyətli məqamı vurğulamaq lazımdır ki, bu kimi tədbirlər iri maliyyə vəsaiti tələb edir, çünki bahalı layihələrdir və bunu ancaq imkanlı, güclü iqtisadiyyatı və maliyyə mənbələri olan dövlətlər edə bilər.

“Düşünürəm ki, bunun həm də ciddi iqtisadi aspektləri var. Artıq turizmi qeyd etdim, inşaat, tikinti sahələri, hətta yaşayış üçün bu sahələrin salınması məşğulluq prosesinə öz tövhəsini verə bilər. Bizi qarşıda olduqca möhtəşəm və əlahiddə tədbir – COP29 gözləyir. Bu kontekstdən yaşıllaşdırma amili bizim üçün çox vacibdir və bu sahələrdə bu qəbildən olan layihələri də reallığa çevirmək mümkündür. Nəhayət, Azərbaycan iri külək və günəş enerjisi ehtiyatına malikdir. Bərpa olunan enerjinin külək istiqamətinin Xəzərdə böyük ehtiyatı var. Müasir dünyanın trendlərindən biri olan yaşıl enerji sektoruna dövlətimiz ciddi önəm verir, biz yaxın illərdə bu enerjinin Avropaya ixracatçısına çevriləcəyik. Bu baxımdan düşünürəm ki, bərpa olunan enerji infrastrukturunun Xəzərdə yaradılacaq torpaq sahələrində yerləşdirilməsinin böyük perspektivi mövcuddur.”- Elnur Allahverdiyev qeyd edib.

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla