AZ

Qucaqlaşmaq ağrı və depressiyanı azaldır - Təsdiqləndi

Mütəxəssislər böyüklərdə və uşaqlarda qucaqlaşmağın faydalarını açıqlayıblar.

Bakupost.az xəbər verir ki, alimlər belə qənaətə gəliblər ki, qucaqlaşma ağrı və depressiyanı azaldır.

Toxunma hissi körpələrdə ilk inkişaf edən hiss olaraq bilinir. Bu kontekstdə onların ətraf mühiti tanıması və ünsiyyət qurması vacibdir.

Essen Universitet Xəstəxanasından tədqiqatın həmmüəllifi Dr. Helena Hartmann deyib ki, qucaqlaşma psixi və fiziki şikayətləri də aradan qaldırır.

“Nature Human Behaviour” jurnalında dərc olunan araşdırmaya daha əvvəl dərc olunmuş 212 araşdırma daxildir. Buraya böyüklər üzərində aparılan 85 tədqiqatın və yeni doğulmuş körpələri əhatə edən 52 tədqiqatın statistik təhlili daxildir.

Tədqiqatçılar bildiriblər:

“Tədqiqatımız göstərir ki, toxunma böyüklərdə və uşaqlarda ağrı, depressiya və narahatlığı azaltmaq, həmçinin yeni doğulmuş körpələrdə çəki artımını artırmaq üçün ən gözəl üsuldur”.

Qeyd olunub ki, qucaqlaşma həm sağlam, həm də xəstə insanlar üçün faydalıdır.

Araşdırmanın müxtəlif müalicələrə kömək edə biləcəyi düşünülür.


Aygün
BakuPost
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla