AZ

Azərbaycan neftinin qiyməti 91 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.53 ABŞ dolları, yaxud da 1.6% azalaraq 91.53 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti 1.63 ABŞ dolları və ya 1.8% azalaraq 89.66 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Seçilən
60
16
Mənbələr
Şərh ()
Bağla