AZ

AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib

16 aprel 2024-cü il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) yeni ofisində (City Point Biznes mərkəzinin 6-cı mərtəbəsi) növbəti Ümumi Yığıncaq keçirilmişdir.

Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, Ümumi Yığıncaqda AFBİA-nın gələcək fəaliyyətinə təsir edəcək bir sıra mühim qərarlar qəbul edilmişdir.

AFBİA-nın fəaliyyətinin daha səmərəli təşkili məqsədilə ilk dəfə olaraq, icraçı direktor vəzifəsi yaradılmışdır. Həmin vəzifəyə Murad Yəhyayev təyin olunmuşdur.

Bundan əlavə, Ümumi Yığıncaqda maliyyə məsələləri, gələcək hədəflər, habelə Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” üzrə AFBİA-nın üzərinə düşən vəzifələr müzakirə edilmişdir.

Murad Yəhyayev
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla