AZ

Dmitri Nağıyev üçün 61 dəqiqə və 1 xal

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “Obolon” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 2023/2024 mövsümünün 15-ci turundan təxirə salınmış “Aleksandriya” ilə səfər oyununun iştirakçısı olub.

Futbolçumuzun komandası meydanı məhsuldar heç-heçə ilə tərk edib – 2:2.

Nağıyev bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. Qarşılaşmadakı qollar isə 79-cu dəqiqədən sonra vurulub. Penaltidən hesabı açan “Obolon” 88 və 90+2-ci dəqiqələrdə buraxdığı qollarla məğlub duruma düşüb. Amma qonaqlar 90+7-ci dəqiqədə bərabərlik qolunu vura biliblər.

“Obolon” bu nəticədən sonra 20 xalla 16 kollektiv arasında 13-cü sırada qərarlaşıb. Bu komanda növbəti matçını aprelin 22-də səfərdə “Metallist 1925” komandasına qarşı keçirəcək.

Xatırladaq ki, Dmitri Nağıyev 2023-cü ilin iyul ayından “Obolon”un uğurları üçün çalışır. O, bu mövsüm meydana çıxdığı 17 matçda cəmi 1 assistlə yadda qalıb.

Nağıyev karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib. O, ölkəmizdə “Sumqayıt”ın uğurları üçün çalışıb. Azərbaycanın U-21 yığmasında 2 matç keçirmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla