AZ

NİİM:Əliçıraq məscidinin qarşısında yük maşını aşıb, sıxlıq müşahidə olunur- FOTO

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

FOTO QALEREYA
Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla