AZ

İsrail üçün İranın belə cavab addımı gözlənilməz olub

İsrailin Dəməşqdə İran diplomatik binasına zərbə endirməsi ABŞ hakimiyyəti üçün gözlənilməz olub.

Azpost.info bildirir ki, bu barədə “Nyu-York Tayms” (NYT) etibarlı mənbələrə əsasən yazıb.

Mənbənin sözlərinə görə, İsrailin bu addımı Amerika hökumətini qəzəbləndirib. Çünki Təl-Əviv müzakirəsiz belə aqressiv qərarlar qəbul edib.

Təl-Əviv zərbələrdən bir qədər əvvəl, son anda hədəfin əhəmiyyətini dəqiqləşdirmədən öz planları barədə bildiriş göndərib.  Xəbərdarlıq, prezident Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ağ Evin bir sıra digər rəsmilərinə göndərilib. Onlar isə bu addımın çox uzağa gedən nəticələrə səbəb olacağını anlayıblar.

Aprelin 1-də Dəməşqdəki İran diplomatik iqamətgahına edilən zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 yüksək rütbəli zabiti həlak olub. Onlardan üçü generaldır. “Times of Israel” aydınlaşdırıb ki, onlar İranın İsrailə qarşı hibrid hücumlarında iştirak ediblər.

NYT yazır ki, müzakirələrdə ən yüksək səviyyədə iştirak edən yüksək rütbəli amerikalı məmurların sözlərinə görə, İsrail hakimiyyəti diplomatik korpusun vurulmasına İranın təmkinli reaksiya verəcəyini hesablayıbmış. Amma İsrailin ciddi şəkildə yanıldığı ortaya çıxıb.

Nəşrin məlumatına görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalanta hücumun bölgədəki Amerika hərbçilərini təhlükə altına atdığını və gec xəbərdarlığın müdafiəni gücləndirməyə vaxt qoymadığını bildirib.

Azpost.info

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla