AZ

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

Formula 1 DRS sistemindən imtina etmək niyyətindədir. “Motorsport”un məlumatına görə, 2026-cı il mövsümündən ötmə üçün bu sistemi başqası əvəz edəcək.

Hazırda bir çox çempionatlarda “push-to-pass” sistemindən istifadə edilir. Formula 1 bunun analoqu olacaq “sürətlənmə rejimi”ndən faydalanmaq fikrindədir. 2026-cı il üçün ilkin qaydalarında KERS sistemindən istifadə yer alıb. Bu sistemin sayəsində akkumulyator əlavə enerji istifadə etməklə bolidin sürətini 355 km/saata qədər çatdırır.

DRS-ə gəlincə, Formula 1-də aktiv aerodinamikanın tətbiqi ilə əlaqədar sistemdən imtina etmək qərarına gəliblər. Qaydanın müəlliflərinin variantına görə, uzun düzleklərdə arxa qanadlar deaktiv ediləcək, döngələrdə isə yenidən ilkin variantına qayıdacaq.

Seçilən
127
Mənbələr
Şərh ()
Bağla