AZ

Rusiyada daha bir məscid söküldü...-FOTOLAR

Moskva sərhədlərinə yaxın bir yerdə, Lobnya ilə Mıtişi arasında yerləşən və müfti Albir Krqanovun tabeliyində olan “Dostluq” müsəlman icmasının ibadət evi sökülüb.
 
İnternetdə şahidlərin lentə aldığı video yayılıb: ekskavator müsəlman icmasının birgə namaz qılmaq üçün tikdiyi və təchiz etdiyi binanı dağıdır.
Moderator.az xəbər verir ki, bu haqda Türkiyənin "Yeni şafak" nəşrinin rus versiyası məlumat yayıb.
 
Məscidin yerləşdiyi torpaq sahəsinin sahibi, DİN-in keçmiş polkovniki Nadir Ayetdinovun sözlərinə görə, Lobnyada ibadət binasının tikilməsi qərarını ibadət etmək üçün kəskin yer çatışmazlığı səbəbindən çıxılmaz vəziyyət diktə edib. 
“Dostluq” məscidi yaşayış binalarından uzaqda yerləşdiyindən ətrafdakı əhali üçün heç bir narahatlıq yaratmırdı.
 
Xatırladaq ki, binanın sökülməsinə ilk cəhd 23 noyabr 2023-cü ildə edilib. Sonra müsəlman icması hökumət rəsmiləri ilə təxirə salınma ilə bağlı razılığa gələ bilib.
 
Maraqlıdır ki, bir gün əvvəl Moskva vilayətinin Troitsk şəhərində yerli sakinlərin tələbi ilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin (müfti Ravil Qaynutdin) strukturuna daxil olan Əbu Bəkr məscidi dağıdılıb. .
 
Bir neçə gün əvvəl Moskva yaxınlığındakı Noqinskdə ekskavator Rus Pravoslav Kilsəsinin təfriqəçi təşkilat kimi tanıdığı Ukrayna Pravoslav Kilsəsinin məbədini söküblər.

 

Seçilən
140
Mənbələr
Şərh ()
Bağla