AZ

Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Malmö

Stokholm, 18 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

May ayında İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində sosial şəbəkələrdə təhdidlərlə bağlı şayiələr yayılır.

AZƏRTAC xəbər verir ki, Malmö polisi Norveç və Danimarkadan olan həmkarlarının dəstəyi ilə mahnı müsabiqəsinin keçirilməsi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə tədbirlər görür.

Ötən ilin avqust ayından bəri terror təhdidinin səviyyəsi 5 ballıq şkala üzrə 4 qədər artırılıb. Buna görə də artıq indi səhnə ətrafındakı ərazi 24 saat mühafizə olunur, küçələr qismən bağlanıb və onlara müşahidə kameraları vasitəsilə nəzarət olunur, nəqliyyat vasitələrində axtarış aparılır. Vəziyyət mürəkkəb və gözlənilməzdir. Lakin təşkilatçıların sözlərinə görə, Malmödə “Avroviziya” üçün konkret təhlükə yoxdur.

“Biz təhlükəsizlik polisi ilə əməkdaşlıq edirik. Bunun əsasında biz hadisələrin müxtəlif inkişaf ssenarilərini qururuq və onları təcrübədən keçiririk”, - deyə Malmö polis bölməsinin komandanı Petra Stenkula bildirib.

Seçilən
139
1
Mənbələr
Şərh ()
Bağla