AZ

Çempionlar Liqası: “Bavariya” və “Real” yarımfinalda

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, son matç günündə 2 qarşılaşma keçirilib.

"Bavariya" Almaniyada "Arsenal"ı qəbul edib və matç meydan sahiblərinin minimal hesablı qələbəsilə başa çatıb - 1:0. İlk görüş 2:2 hesabı ilə heç-heçə bitdiyindən almanlar yarımfinala yüksəliblər.

"Mançester Siti" "Real" matçı isə olduqca drammatik alınıb. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda da tərəflər fərqlənə bilməyiblər. 11 metrlik zərbələr seriyasında isə "Real" futbolçuları daha dəqiq olublar - 4:3

Karlo Ançelottinin komandası yarımfinalda "Bavariya" ilə qarşılaşacaq.

Qeyd edək ki, PSJ və "Borussiya" (Dortmund) yarımfinala vəsiqə qazanıb.

17 aprel

23:00. "Mançester Siti" - "Real" - 1:1 (Penaltilər - 3:4 )

Qollar: De Brüyne, 76 - Rodriqo, 12

İlk oyun - 3:3

23:00. "Bavariya" - "Arsenal" - 1:0

Qol: Kimmix, 63

İlk oyun  - 2:2


Telegram kanalımız
Seçilən
133
Mənbələr
Şərh ()
Bağla