AZ

UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi

style='margin-bottom:10px;'>

UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar.

QOL.az "Turan Tovuz"un mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb,  tapşırıq və tövsiyələrini verib. 

Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

Seçilən
135
4
Mənbələr
Şərh ()
Bağla