AZ

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərində işləyir. 

 

Sfera.az bildirir ki, bu smartfon şəffaf korpuslu, tətbiqləri olmayan və böyük düymələri olan “qabıqdan” ibarət olacaq.


“Boring Phone” məhdud sayda buraxılacaq və yalnız “Heineken” pivəsevərləri arasında oynanılacaq.

 

“Heineken” smartfonun cəmi 5000 nüsxə olacağını deyir. Qurğu 2,8 düymlük əsas QVGA displey və xarici monoxrom 1,77 düymlük ekran, 0,3 meqapiksellik kamera və 3,5 mm qulaqlıq girişi ilə təchiz olunacaq.

 

 

Telefon zəng etmək və mətn mesajları göndərmək üçün istifadə oluna bilər. Qadcetin 2G, 3G və 4G rabitə protokollarını dəstəkləyəcəyi bildirilir. İstifadəçilərə məşhur “İlan” oyununu oynamaq imkanı veriləcək (Qeyd edək ki, “Human Mobile Devices” əvvəllər “İlan” oyununun daxil olduğu Nokia telefonlarını hazırlayıb - red.). Başqa heç bir proqram əvvəlcədən quraşdırılmayacaq.


Darıxdırıcı telefon “Heineken”in reklam kampaniyalarında istifadə edilən marketinq hiyləsidir. Telefon satılmayacaq. Onu Böyük Britaniyada, daha sonra isə digər ölkələrdə sosial şəbəkələrdə oynatmağı planlaşdırılır. Bu ilin iyun ayından istənilən smartfonu darıxdırıcıya çevirəcək proqram yükləmək mümkün olacaq.

 

Qeyd edək ki, “HMD” daha əvvəl “Barbie” temalı flip telefon hazırlamaq üçün “Mattel” ilə əməkdaşlıq etdiyini açıqlamışdı.

 

Aynil

Sfera.az

Seçilən
106
4
Mənbələr
Şərh ()
Bağla