AZ

“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var

İtaliyanın “Tuttosport” idman qəzeti Avropanın 21 yaşadək ən yaxşı futbolçusuna verilən “Golden Boy” mükafatına namizədləri açıqlayıb.

Ötən il mükafat uğrunda mübarizədə finala yüksələn Türkiyə millisinin 19 yaşlı futbolçusu Arda Güler ​​bu il siyahıda yer almayıb.

Onun əvəzinə Kənan Yıldız (“Yuventus”), Semih Kılıçsoy (“Beşiktaş”) və Yunus Əmrə Konak (“Brentford”) mükafata iddialılar sırasına daxil ediliblər.

Potensial qaliblər siyahısında ilk pillələri isə Yamal (“Barselona”), Neves (“Benfika”), Qarnaço (“Mançester Yunayted”) kimi futbolçular tutublar.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla