AZ

Yüksək Liqa: “Azərreyl”lər finalda!

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında (Yüksək Liqa) 2023/2024 mövsümünün ilk finalçıları bəlli olub.

Arena.az xəbər verir ki, bu gün yarımfinallar çərçivəsində iki oyun keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq kişilərdən ibarət MOİK və “Azərreyl” komandaları üz-üzə gəliblər. Bu komandaların ilk oyununda olduğu kimi, cavab matçında da “Azərreyl” 3:0 hesablı qələbə qazanıb. Nəticədə bu komanda adını finala yazdırıb. Məğlub olan MOİK isə üçüncülük uğrunda mübarizə aparacaq.

Günün növbəti qarşılaşması qadınlardan ibarət “Gəncə” və “Azərreyl” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb. “Azərreyl” məğlub olsa da, ilk görüşdə qazandığı qələbə və bu oyundakı iki set finala adlamağa kifayət edib. Beləliklə, “Azərreyl” finala yüksələn ilk komanda olub. Gəncə təmsilçisi isə bürünc medal uğrunda oyuna çıxacaq.

Xatırladaq ki, finalın növbəti iştirakçılarının adları sabah bəlli olacaq.

Yüksək Liqa
Yarımfinal (ikinci oyun)
17 aprel

Kişilər
MOİK – “Azərreyl” 0:3 (12:25, 18:25, 14:25)

Qadınlar
“Gəncə” – “Azərreyl” 3:2 (21:25, 20:25, 25:16, 25:17, 15:8)

Seçilən
129
22
Mənbələr
Şərh ()
Bağla