AZ

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Baş

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstanda kənar müdaxilə ilə heç kim inqilaba icazə verə və təşkil edə bilməz, hökumət buna imkan verməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin avropalı parlamentarilərin inqilab çağırışları ilə bağlı sualına cavabında söyləyib.

Hökumət başçısı deyib ki, suverenliyimizə qarşı qəddar cəhdlər, burada inqilab tələb etmək və s. ola bilər. Lakin bunlar yolverilməzdir. Bütün bunların fonunda deyə bilərik ki, Gürcüstanda xarici təsirin şəffaflığının nə üçün lazım olduğuna dair daha bir aydın sübut var.

Baş nazir deyib: “Yadınızdadır ki, 2012-ci ildə inqilabi seçkilər keçirildi və hökumət gürcü xalqı tərəfindən dəyişdirildi. Lakin təbii ki, burada heç kimin kənar müdaxiləsi olmadı. Yəni, heç kim inqilaba icazə verə və ya təşkil edə bilməz. Ancaq, təəssüf ki, bunun üçün atılacaq addımlar var. Bizim müzakirəyə çıxardığımız "Xarici təsirin şəffaflığı haqqında" qanunun xidmət etdiyi əsas məqsədlərdən biri də belə proseslərin qarşısının alınmasıdır. Bu da müvafiq qüvvələr üçün sığortadır”.

“Kimsə Gürcüstanda vəziyyəti pozmağa cəhd edə bilər, lakin şəffaf xarici təsir olarsa, bu halda bu şirnikləndirici təkliflər azalacaq və bu qanun bir çox cəhətdən müsbət rol oynayacaq”, - deyə Baş nazir bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
120
4
Mənbələr
Şərh ()
Bağla