AZ

CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib

Bakı. Trend:

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür ÖzelAvropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanadəstəyini ifadə edib.

Trend xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla bağlıyaşanan hadisə təəssüf doğurur.

"Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakinAzərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir.Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçünçox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyətiüzərimizə götürməyə hazırıq", - partiya sədri qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPAilə əməkdaşlığı dayandırıb.

Məqalədə:
Seçilən
87
50
Mənbələr
Şərh ()
Bağla