“Yuventus” və Kristiano Ronaldo arasındakı məhkəmə prosesi başa çatıb.
İdmanxeber.az məlumat verir ki, məhkəmə “qoca sinyora”nın portuqaliyalı oyunçuya 10 milyon avro ödəməli olduğuna qərar verib.
Ronaldo 2018-21-ci illər arasında Turin klubunda çıxış edib. O, “Yuventus”un heyətində 134 oyuna çıxıb və 101 qol vurub.