AZ

Niderland klubu millimizin üzvü ilə müqaviləni uzatdı

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçü böyük ehtimalla “Eyndhoven”də qalacaq. 

Bizim.Media xəbər verir ki, Niderland klubu 25 yaşlı vingerin müqavilə müddətini bir illik artırmaq hüququna malik idi. Onlar da bundan istifadə etməyi lazım bilib.

Belə ki, yeni müqaviləyə əsasən Kökçü 2025-ci il iyunun 30-na qədər “Eyndhoven”ə məxsus olacaq. Halbuki millimizin üzvünə Azərbaycan Premyer Liqasının klubları da maraq göstərirdi.
Kökçü “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar” klublarında da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla