AZ

Ançelotti: “Bellingemin məhsuldarlığı azalıb, amma…”

“Real” baş məşqçisi Karlo Ançelotti qaymaqlıların ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin oyunundakı enişdən danışıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərin təqdim edir:

“Bellingemin oyunu pisləşib? Əgər bir şey pisləşibsə, bu, onun məhsuldarlığıdır. İndi bir az fərqli işlər görür. Onun məhsuldarlığı azalıb. Amma o, yarımmüdafiəçidir və işini görür. Oyun baxımından o, çox yaxşıdır. Əgər bir şey çatışmırsa, bu, sadəcə məqsədlərdir. Gec-tez bunlar qayıdacaqlar”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

İngilis futbolçunun Madrid klubundakı çıxışı elə ilk mövsümündən uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heəytində bütün yarışlarda 34 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar ötürmə verib.

Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla