AZ

“Kişi” anasını və nənəsini bıçaqlayaraq öldürüb...

...Moskva Prokurorluğunun mətbuat xidməti xəbər verir ki, çərşənbə günü, aprelin 17-də axşam Taininskaya küçəsindəki yaşayış binasındakı mənzildə iki qadının meyiti aşkar edilib. Cəsədlərdə bıçaq yaralarının şiddətli ölüm əlamətləri olub.İstintaq Komitəsi Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin2-ci hissəsinin “a” bəndi ilə ikiqat adam öldürmə faktı ilə cinayət işi açıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cinayəti törədən ölənlərin ən yaxını, qadının oğlu olub. Deməli o,anasını və nənəsini öldürüb. Maraqlıdır, niyə?

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda mənzildə paytaxt İstintaq Komitəsinin müstəntiqləri və kriminalistləri işləyir. Yaxın vaxtlarda şübhəli şəxs dindirilmək üçün idarənin bölməsinə aparılacaq.

Öz növbəsində, nəzarət orqanı əlavə edib ki, prokurorluq hadisənin bütün hallarının müəyyən edilməsinə nəzarət edir.

Nazlı

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla