AZ

Həkimə gedən qadın ərinin xəyanətiniöyrəndi



Reddit sosial şəbəkəsində 32 yaşlı qadın ərinin xəyanətinin üstünü necə açdığını paylaşıb.



“Medicina” xəbər verir ki, qadın 40 yaşlı ərinin tez-tez məzuniyyət və səfərlərə getdiyini, buna görəhər dəfə 2-3 həftə evdə olmadığını bildirib.
“Mən təklikdən depressiyaya düşürdüm və özümü pis hiss edirdim.


Növbəti səfərindən qayıdanda o, penisində güclü ağrıdan şikayətləndi. Biz həkimə getdik və qonoreya aşkarlandı. 3 gün sonra mənim gözümdən konyuktivitçıxdı. Məlum oldu ki, artıq məni yoluxdurub”.


Kişi məcbur olub həkimə ezamiyyətdə olanda eskort qadınların xidmətindən istifadə etdiyini etiraf edib.

Əri bildirib ki, o həmişə qorunub və eskortla əlaqəni xəyanət hesab etmir.
Kişi bağışlanmağını istəyib. Qadın ona ikinci şansverməyi düşünür. Çünki onlar 15 ildir evlidir.


Qadın dünyasının yıxıldığını, artıq kişilərə inanmadığını bildirib.


Aygün Musayeva

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla