AZ

“Fənər” “Monako”ya rəqib oldu, “Efes”in işi çətindi

Aprelin 11-12-də basketbol üzrə Avroliqada müntəzəm çempionatın sonuncu – 34-cü turunun oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, Türkiyə klublarından “Fənərbaxça” son turda uduzdu, “Efes” isə qələbə qazandı. Ümumiyyətlə, “pivəçilər” 5 oyunluq qələbə seriyası sayəsində pley-ində oynamaq imkanı qazandı.
Xatırladaq ki, reqlamentə görə, pley-offa turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşanlar və pley-inin iki qalibi adlayır.

Pley-off cütləri: Real – pley-inin 2-ci təmsilçisi, Panatinaikos – pley-inin 1-ci təmsilçisi, Monako – Fənərbaxça, Barselona – Olimpiakos. Pley-in cütləri: Makkabi T-Ə – Baskoniya, Efes – Virtus B. 1-ci cütün qalibi turnir cədvəlində avtomatik 7-ci yerin sahibi sayılacaq və 1/4 finalda “Panatinaikos”la qarşılaşacaq. Bu cütün məğlubu isə “Efes” – “Virtus” cütünün qalibi ilə qarşılaşacaq. Bundan sonra turnirin 8-ci komandası, yəni “Real”ın pley-ofdakı rəqibi müəyyənləşəcək.

Yeri gəlmişkən, “Real” müntəzəm çempionatı 27 qələbə ilə bitirdi ki, bu da turnirin yeni rekordudu. Avroliqanın son qalibi ilk 17 oyunun 16-da qələbə qazanmışdı. Madrid nəhəngi üçün 26-28-ci turlar uğursuz oldu. “Ağ şimşəklər” onda ardıcıl üç oyunda “Olimpiakos” (81:86), “Panatinaikos” (86:97) və “Fənərbaxça”ya (79:89) uduzdu.

Jalgiris (Litva) – Real (İspaniya) 62:64 (9:16, 16:15, 17:13, 20:20)
Monako (Fransa) – Bavariya (Almaniya) 89:85 (29:14, 23:16, 20:30, 17:25)
Efes (Türkiyə) – Srvena Zvezda (Serbiya) 100:55 (15:11, 30:20, 31:13, 24:11)
Makkabi T-Ə (İsrail) – Milan (İtaliya) 92:86 (27:23, 25:29, 25:18, 15:16)
Panatinaikos (Yunanıstan) – Alba (Almaniya) 84:75 (17:23, 21:14, 22:26, 24:12)
Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 84:81 ОТ (19:19, 19:15, 15:18, 16:17, 15:12)
Partizan (Serbiya) – Valensiya (İspaniya) 79:66 (15:21, 20:16, 23:15, 21:14)
Virtus B (İtaliya) – Baskoniya (İspaniya) 91:95 (22:21, 31:23, 21:31, 17:20)
ASVEL (Fransa) – Barselona (Serbiya) 76:72 (24:18, 14:24, 19:15, 19:15)
1 2 3 4 5 6
1. Real 34 27 7 2999-2743 79 61
2. Panatinaikos 34 23 11 2774-2622 68 57
3. Monako 34 23 11 2783-2688 68 57
4. Barselona 34 22 12 2812-2692 65 56
5. Olimpiakos 34 22 12 2685-2551 65 56
6. Fənərbaxça 34 20 14 2894-2751 59 54
7. Makkabi T-Ə 34 20 14 2982-2948 59 54
8. Baskoniya 34 18 16 2864-2885 53 52
9. Efes 34 17 17 2928-2912 50 51
10. Virtus B 34 17 17 2728-2804 50 51
11. Partizan 34 16 18 2822-2837 47 50
12. Milan 34 15 19 2659-2655 44 49
13. Valensiya 34 14 20 2582-2688 41 48
14. Jalgiris 34 14 20 2702-2704 41 48
15. Bavariya 34 13 21 2674-2790 38 47
16. Srvena Zvezda 34 11 23 2764-2815 32 45
17. ASVEL 34 9 25 2674-2888 26 43
18. Alba 34 5 29 2591-2944 15 39
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – məğlubiyyət, 4 – top fərqi, 5 – xal faizi, 6 – xal.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla