AZ

Millimizin yeni siması bu uğurda pay sahibi oldu - VİDEO

Ukrayna Premyer Liqasında 24-cü turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” də növbəti görüşünü keçirib.

Komanda evdə “Kolos”u qəbul edib. Matç Emilin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu isə Vyaçeslav Tankovski vurub.

Mustafayev də bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Hazırda “Polesye” turnir cədvəlində 39 xalla 6-cı pillədədir.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla