AZ

"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri

"Biz HƏMAS-ı sərt şəkildə pisləmişik, İsrailin özünümüdafiə hüququna dəstək vermişik, lakin Qəzzada humanitar fəlakəti qəbul edə bilmərik..."
 
"Fələstin dövlətçiliyinin tanınması HƏMAS-a terrorçuluğa görə mükafat deməkdir..."
 
İrlandiyanın yeni baş naziri İsrail hökumətinin psixoloji durumunu dəyərləndirib və qeyd edib ki, "İsrail hakimiyyətinin "dərrakə hissi qisasla əvəzlənib".
 
Moderator.az xəbər verir ki, bu barədə İrlandiyanın yeni baş naziri Saymon Harris CNN telekanalına bu yaxınlarda İsrail və İrlandiya hökumətləri arasında münasibətlərin soyumasını şərh edərkən deyib.
 
Baş nazir postuna təyin edildikdən sonra özünün ilk televiziya müsahibəsində Saymon Harris bu yaxınlarda İsrail Xarici İşlər Nazirliyi  və İsraiçin İrlandiyadakı səfiri Dana Erlix tərəfindən İrlandiyanın söhbət Qəzzadakı müharibədən gedəndə "tarixin yanlış tərəfində" olması ilə bağlı tənqidinə cavab verib.
 
"Bağışlayın, amma İsrail baş naziri Binyamin Netanyahunun bizim tarixin yanlış tərəfində olduğumuzu deməsini mənə anlamaq çətindir. Çünki mən Netanyahu hökumətinin hazırkı məqamda hərəkətlərinin Qəzzada humanitar fəlakətə yol verilməsi və bunun qadınlara, uşaqlara, mülki şəxslərə və mülki infrastruktura təsiri nöqteyi-nəzərdən düzgün hesab etmirəm", - Harris CNN-in müxbiri Kristiana Amanpura müsahibəsində deyib.
 
"İrlandiya HƏMAS-ı kifayət qədər sərt şəkildə pisləyib. Və İsrailin təhlükəsiz və sakit şəraitdə yaşamaq hüququna dəstək verib.  Lakin biz hesab edirik ki, İsraildə dərrakəni qisas hissi əvəzləyib", - baş nazir əlavə edib.
 
Sonra o, Qəzzada hərbi əməliyyarlara dərhal son qoyulmasına çağırış edib və İrlandiyanın Avropa İttifaqının ölkə liderlərinə Fələstin dövlətinin rəsmən tanınmasına inandirmaq niyyətini təsdiq edib.
 
"Qəzzada müharibənin sülh yolu ilə həlli həmfikir ölkələrin birləşib Fələstin dövlətini tanımasını  nəzərdə tutur", - Harris bəyan edib.
 
Xatırladaq ki, aprelin 10-sa İrlandiya XİN rəhbəri Mixol Martin bəyan edib ki, onun ölkəsi tezliklə Fələstin dövlətinin yaradılması prosesinə başlamaq niyyətindədir. 
 
Onun sözlərinə görə, bu məsələ İrlandiyanın xarici siyasətində prioritet məsələlərdən biri olacaq və iki dövlətin yaradılması qərarından və ya Fələstin Muxtariyyəti ilə İsrail arasında sazişdən asılı olmayacaq.
 
İrlandiya və İspaniya İsrailin Avropa İttifaqında iki ən kəskin tənqidçisidir, martın 22-də Malta və Sloveniyaya qoşularaq uyğun şəraitin olacağı zaman Fələstini tanıyacağını vəd edib.
 
İsrail XİN İrlandiyanın Fələstin dövlətçiliyini tanımaq niyyətini pisləyib və bəyan edib ki, bu, HƏMAS-a "terrorçuluğa görə mükafat" deməkdir.
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla