AZ

Bu ölkənin daha bir şəhərində quş qripi aşkarlandı -Sürətlə yayılır...

Bolqarıstanın cənubundakı Asenovqrad şəhərində daha bir quş qripi virusu yayılır.

Medicina.az xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, virus təxminən 154 min toyuq olan fermada aşkarlanıb.

Xatırladaq ki, aprelin 13-də virus paytaxt Sofiyadan 240 km cənub-şərqdə yerləşən kənddə 390 min toyuğun olduğu fermada aşkarlanmışdı.

1 həftə əvvəl isə Haskovo şəhərində quş qripi aşkarlanmışdı, 25 mindən çox toyuq məhv edilmişdi.

Hazırda bu ərazilərdə karantin tədbirləri həyata keçirilir.


Aysel
Seçilən
113
8
Mənbələr
Şərh ()
Bağla