AZ

Rusiya sülhməramlıları Azərbaycan ərazilərindən ÇIXIRVİDEO

Rusiya Federasiyası tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanıb.

Xezerxeber.az xəbər verir ki, Rusiya tərəfi sülhməramlıların Qarabağdan çıxmağa başlaması ilə bağlı görüntülər də yayıb.

Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev də məlumatı təsdiqləyib.

Bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. artıq proses başlanıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Siyasi şərhçi Züriyyə Qarayeva bu addımın, Azərbaycanın yaratdığı siyasi reallığın nəticəsi olduğunu qeyd edib.

Politoloq bildirib ki, 2020-ci ilin Vətən Müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı - bütün addımların ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi atılması prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm"  fikrini bir daha aşılayır.

Züriyyə Qarayeva bildirib ki, bu qərar həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng "proqnozlar" və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla