AZ

Rusiya Dövlət Duması Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını şərh edib

Rusiya sülhməramlılarının Qarabağdakı missiyası artıq tam başa çatıb.

Editor.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda artıq müharibə edən tərəflər yoxdur. Heç kim bu torpağın Azərbaycana məxsus olması ilə mübahisə etmir, -deputat deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla