AZ

Milyonçuların yaşadığı ərazini qasırğa və daşqınlar bürüdü: Ölənlər var

Dubayda daşqınlar nəticəsində azı bir nəfər ölüb. Son 75 ilin ən güclü fırtınası zamanı hava limanı, ticarət mərkəzləri və qatar stansiyaları su altında qalıb.

 

Sfera.az bildirir ki, Dubayda həyat iflic vəziyyətindədir. Foto və videolarda su basmış ticarət mərkəzləri və yağışın yollarda axan çaylara çevrildiyi görünür.


Metro stansiyalarının yaxınlığında insanlar su basmış avtomobilləri hündür yerə itələməyə çalışırlar.

 

Yerli agentliklər hadisəni 1949-cu ildən bəri Dubayda əvvəllər qeydə alınmış hadisələrdən daha böyük tarixi hadisə adlandırıblar.


Aprelin 16-da Dubay Beynəlxalq Hava Limanında ümumilikdə 45 reys ləğv edilib, bir çoxu isə qonşu hava limanlarına yönləndirilib.

 

Ən güclü yağışlar Yaxın Şərq regionunda (BƏƏ, Bəhreyn, Oman, Qətər və Səudiyyə Ərəbistanı) müşahidə olunub. 

 

Fırtına bazar ertəsi axşamdan başlayıb. Güclü yağış intensivləşərək doluya çevrilib.


Bir gün ərzində Dubaya il ərzindəki normadan daha çox yağış yağıb.

 

Təkcə ötən gün Omanda ölənlərin sayı 20-yə çatıb.

 

Aysel

Sfera.az

 

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla