AZ

Yens Stoltenberq müttəfiqlərə: Ukraynaya yardım göndərin

Müttəfiqlər Kiyevə yardım və öz silahları arasında seçim edərkən “Ukraynanı seçməlidirlər”.

Editor.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Hollandiyanın baş nazirləri ilə görüşdən sonra alyansın YouTube kanalında yayımlanan görüşdən sonra deyib: “Ukraynanın daha çox silaha ehtiyacı var. Beləliklə, əgər müttəfiqlər NATO-nun hədəflərinə çatmaq və Ukraynaya əlavə yardım göstərmək arasında seçim qarşısında qalacaqlarsa, mən açıq deyirəm: Ukraynaya yardım göndərin”.

Stoltenberqin sözlərinə görə, görüşdə Ukraynaya dəstəyin artırılması, o cümlədən ona çoxlu sayda hava hücumundan müdafiə sistemlərinin verilməsi müzakirə olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında Hollandiya Ukraynaya 4 milyard avro məbləğində əlavə yardım elan edib. Bir gün əvvəl Danimarka Ukraynaya 313 milyon dollarlıq yardım paketi açıqlamışdı.

Stoltenberqin bu gün keçirdiyi mətbuat konfransında dediyi kimi, bu dəstək Danimarka və Hollandiyadan olan F-16-lar da daxil olmaqla, artıq verilmiş yardıma əlavədir. O, həmçinin Almaniyadan Ukraynaya əlavə “Patriot” sisteminin göndərilməsini alqışlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla