AZ

Tovuzda marşurut sürücüləri yazılan cərimələrlə razı deyillər - ŞİKAYƏTVİDEO

20 kilometr gediş-gəlişli yolda 48 şəhər daxili marşurut fəaliyyət göstərir.

Xezerxeber.az-ın xəbərinə görə, marşurut sürücüləri iddia edir ki, xətt boyunca cəmi 8 dayanacaq sürücü və sərnişinlərə xidmət edir.

Onların da çoxu yararsız vəziyyətdə olduğundan sərnişinlər orada gözləmirlər. Bu şikayət Tovuz rayonundandır.

Marşurut sürücüləri dayanacaqdan kənar saxlayıb, sərnişin mindirib düşürdüyü üçün cərimə edilirlər. Lakin onlar bundan narazıdırlar.

Onlar mövcud durumu dayanacaq sayının az olması və olanların da ara məsafəsinin həddindən çox olması ilə əlaqələndirirlər.

Məsələ ilə əlaqədər Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Mübariz Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, bu ilin sonunadək rayon ərazisində daha 7 dayanacağın inşası planlaşdırılır və yaxın vaxtlarda bu istiqamətlərdə işlərə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla