AZ

Viktor Orban Ukraynanın suveren dövlət olmadığını bildirdi

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna artıq suveren dövlət sayıla bilməz, çünki o, Qərbin köməyindən asılıdır. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Ukrayna artıq suveren dövlət deyil, o, sadəcə Qərbin protektoratıdır", deyə Orban bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ-dan pul və silahlar olmasa, Ukrayna bir dövlət olaraq çətin ki, yaşaya bilsin.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanı təhlükəsizlik zəmanətləri haqqında saziş bağlamağa dəvət edib. O, həmçinin Budapeştə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Ukraynaya silah tədarük etməyəcəyini, lakin orada ölümcül olmayan hərbi texnikanın tədarükünü maliyyələşdirməyə hazır olduğunu bildirmişdi.

Samir

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla