AZ

MM-də əhalinin sağlamlığı ilə bağlı həyəcan təbili çalındıVİDEO

18 yaşadək insanların ən yüksək xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıdadır.

Xezerxeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov parlamentdə "Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, son 5 ildə aparılan təhlillərə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb.

Nazir müavini həmçinin əlavə edib ki, boyaların tərkibində olan qurğuşun da nəzarətdə olmalıdır. Boyada qurğuşun miqdarını tənzimləyən qanunun qəbulu mütləqdir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, insanlarda yaranan bütün xəstəliklərin 25 %-i ətraf mühitin çirklənməsi ilə bağlıdır. Ölüm hallarına səbəb olan patologiyalar arasında ilk sıralarda gələn ürək-damar və onkoloji xəstəliklər də məhz atmosferdə baş verən neqativ hallarla bağlıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə ailə psixoloqu institutunun yaradılmasının və ailə məhkəmələrinin təsis olunmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, komitə ailə psixoloqu institutunun və ailə məhkəmələrinin yaradılmasını təklif edir. Çünki son illərdə boşanma əmsalı artıb. Ailədaxili münasibətlərdə də psixoloji məqamların rolu çox böyükdür.

İclasda kəndə təsərrüfatının daha inkişaf etdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqindən də danışılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla