AZ

Qlobal dövlət borcu artdı – RƏSMİ

Ötən il bütün ölkələrin dövlət borcunun səviyyəsi artaraq qlobal ümumi daxili məhsulun (ÜDM)-in 93,2%-nə çatıb.

NOCOMMENT.az iqtisadiyyata.az-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Budget Alert” adlı son hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində qlobal dövlət borcu təxminən 2 faiz bəndi artıb. Bu rəqəm pandemiyadan əvvəlki səviyyədən 9 faiz bəndi yuxarıdır. Hesabat dövründə xüsusilə iki ən böyük iqtisadiyyatın – Çin və ABŞ-nin borcu artıb.

BVF-nin proqnozlarına görə, bu il Çinin dövlət borcu ÜDM-in 88,6%-ni, 2027-ci ildə ÜDM-in 101,8%-ni, 2029-cu ildə isə ÜDM-in 110,1%-ni təşkil edəcək. Bu il ABŞ-nin dövlət borcu ÜDM-in 123,3%-ni təşkil edəcək və 2029-cu ilə qədər ÜDM-in 133,9%-nə qədər artacaq.

Öz növbəsində, Ukraynanın dövlət borcu bu il ÜDM-in 94%-ni təşkil edəcək, 2025-ci ildə 96,7%-ə çatacaq, 2029-cu ildə isə 88,2%-ə enəcək.

Qeyd edək ki, fond ölkələrin dövlət borcunun dəqiq məbləğlərini göstərmir.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla