AZ

Ağcabədidə məktəblilər yarışdı

Ağcabədidə voleybol üzrə rayon turniri keçirilib. Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Futbolinfo.az xəbər verir ki, Mirzə Fətəli Axundov adına şəhər 3 nömrəli məktəb-liseyin idman zalında 8-11-ci sinif şagirdi olan oğlanlar arasındakı yarışda 11 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yekunda Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbin komandası I, M.Əsədov adına şəhər 5 nömrəli tam orta məktəbin komandası II, C.İbrahimov adına şəhər 8 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Müvafiq olaraq I, II və III yerləri tutan komandalara Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

BƏHRUZ MUSAYEV, AĞCABƏDİ

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla