AZ

Rusiya tərəfi  İsrail və İran arasında gərginliyin artmasına ABŞ-ı ittiham edib

ABŞ-ın İsrail hökumətinə sərt təsiri olmasaydı, İsraillə İran arasında gərginliyin artmasının qarşısını almaq olardı.

 

Oxu24.com  xəbər  verir   ki, bu qənaətə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov gəlib.

 

Nazir müavini hesab edir ki, “baş verənlərin qarşısını almaq olardı”.

 

Diplomatın fikrincə, iki dövlət arasında münaqişənin kəskinləşməsinə səbəb Qəzza zolağında əməliyyatlar fonunda davam edən “Vaşinqtonun uzunmüddətli Tel-Əvivi himayə etməsidir”.

 

Ryabkov iddia edir ki, artan qarşıdurmada hakimiyyəti “İsrail rəhbərliyinin İrana qarşı ən sərt xəttini stimullaşdıran” ABŞ-ın səyləri nəzərə çarpır.

 

Xarici siyasət idarəsinin rəis müavini yekunlaşdırıb: “Bu, aşkar faktdır”.

 

Nigar

 

Seçilən
58
23
Mənbələr
Şərh ()
Bağla