AZ

Fransada narkotikə görə 3,8 mindən çox insan saxlanıldı


Fransa polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün martın sonunda ölkənin iri şəhərlərində başlatdığı əməliyyatlar çərçivəsində 3,8 mindən çox insanı saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bunu respublikanın daxili işlər naziri Cerald Darmanin hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.
“3814 nəfər saxlanılıb, 500-dən çox silah, 4 ton narkotik və 20 milyon avro götürülüb”, - idarə rəisi bildirib.
Qeyd edək ki, Fransanın müxtəlif şəhərlərində, o cümlədən Paris və Lionda narkotik maddələrin yayılması ilə mübarizə əməliyyatları keçirilir. Mart ayında Marseldə keçirilən genişmiqyaslı əməliyyatda 4 minə yaxın polis, jandarm və 200-ə yaxın hərbçi iştirak edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 170 narkotik satış məntəqəsini bağlayıb.
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla