AZ

Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

KONKRET.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baxılan iş üzrə artıq bütün şahidlər dindirilib.

Növbəti proses mayın 8-nə təyin olunub.

Xatırladaq ki, iki il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

İstintaqın gedişində içlərində general-mayor Nizami Məmmədov da olmaqla bir sıra zabit cinayət məsuliyyətinə cəlb edilib. Bütün təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
43
8
Mənbələr
Şərh ()
Bağla