AZ

Dele Allinin mundial arzusu

Dele Alli növbəti Dünya Çempionatının xəyallarını qurur. O, yenidən əla formaya düşəcəyinə və 2026-cı il mundialına yollanacağına əmindir.

Futbolinfo.az xəbər verir ki, son iki mövsümdə zədələr və psixoloji travmalar üzündən istədiyi qədər oynaya bilməyən “Everton”un oyunçusu toparlanmağa çalışır. İngltərə millisinin Nigeriya əsilli üzvü ən yüksək səviyyəyə qayıtmağa söz verib.

Ən yaxşı vaxtını 2015-22-ci illərdə “Tottenhem”də keçirmiş 28 yaşlı yarımmüdafiəçi deyib: “Hər gün saat 11-də telefonumda bir xatırlatma gəlir – 2026-cı il Dünya Çempionatı. Bunu bilərəkdən etmişəm və hədəfim var. İnsanlar bir ildir oynamadığımı deyəcək, amma mənim hədəfim mundiala getməkdir. Səviyyəmin nəyə imkan verdiyini bilirəm”.

Hazırda diz zədəsindən əziyyət çəkən oyunçu ümidlidir: “Baş verənlər sadəcə, zədəylə bağlıdır və bunun sonunun gələcəyini bilirəm. Sağalacam və hər şey bitəcək. Tunelin sonunda işığı görə bilirəm”.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla