AZ

58 yaşlı Romario yaşıl meydanlara qayıdır

Braziliya millisinin əfsanəvi futbolçusu Romarionun adı prezidenti olduğu Rio-de-Janeyronun “Amerika” klubunun iştirak ərizəsinə salınıb.Metbuat.az xəbər verir ki, 58 yaşlı Romario bildirib ki, o klubun heyətində bir neçə oyun keçirmək istəyir.“İstəyirəm başa düşəsiniz ki, mən çempionluq uğrunda mübarizə aparmıram. Qəlbən bağlı olduğum klubun heyətində meydana çıxmaq istəyirəm. Bundan əlavə, daha bir arzumu həyata keçirmək - oğlumla eyni heyətdə oynamaq istəyirəm”, - deyə 58 yaşlı Romario bildirib.

Məlumat üçün əlavə edək ki, Romario 1994-cü ildə Braziliya millisinin heyətində Meksikada keçirilən çempionatda dünya çempionu olub.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla