AZ

“Klubla fanklub arasında hansısa narazılıq yoxdu” – “Qarabağ Ordu” niyə tribunadan çəkildi?

“Qarabağ Ordu” azad azarkeş qrupu aprelin 13-də 20 yaşını tamamladı və heç gözlənilmədən sosial şəbəkə hesabında “mövcud problemlər həll yolunu tapana qədər oyunlara çıxmamaq qərarı alırıq.

Bu mövzu müzakirəyə bağlıdı” paylaşımı etdi. Görəsən, klubun azarkeşləri bu qərara sövq edən səbəblərdən xəbəri varmı? Komanda ilə fanat qrupu arasında inciklik olub? Bu suallarla “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Klub olaraq, biz tərəfdən hansısa inciklik və ya bizlə bağlı məsələ yoxdu. Daha dəqiq aydınlaşdırmaq üçün "Qarabağ Ordu"nun idarəçiləri ilə danışsaz, yaxşı olar. Yəqin ki, onlarda ətraflı məlumat olar. Amma klubla fanklub arasında hansısa narazılıq yoxdu”.


GÜNAY SÜLEYMANOVA
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla