AZ

Aİ İrəvana 10 milyon avro yardım AYIRACAQ 

“Avropa İttifaqı (Aİ) İrəvana 10 milyon avro ayırmağı planlaşdırır və bu vəsait 30 ay ərzində xərclənməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Məlumata görə, Brüsseldə Avropa İttifaqının Sülh Fondundan Ermənistana yardım göstərilməsinə dair ilkin razılıq əldə olunub.

Radiostansiyanın sərəncamında olan sənədə əsasən, bu məbləğ bir batalyon üçün nəzərdə tutulmuş modul tipli səhra düşərgəsinin yaradılması üçün ayrılmalıdır ki, bu düşərgəyə tibbi yardımın göstərilməsi üçün bir dispanser, habelə müvafiq xidmətlər daxildir. 

Bizim.Media

Seçilən
103
18
Mənbələr
Şərh ()
Bağla