AZ

Haller Dortmunddan ayrılacaq

Sebastyan Haller “Borussiya”dan ayrılacaq. Dortmund klubu hücumçusunu bu yay satmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, kot divuarlı futbolçu son vaxtlar əsas heyətdən kənar qalıb. 29 yaşlı oyunçu bu durumdan məmnun deyil Almaniya klubundan ayrılmaq istəyir.

Transfer dəyəri 14 milyon avro olan futbolçu üçün rəsmi təklif yoxdur. Amma İngiltərədən bir neçə klubun onunla maraqlandığı dəqiqdir. Yayda heyəti yeniləmək istəyən dortmundlular istənilən müzakirəyə açıq olduğunu bildirib.

İki il öncə “Ayaks”dan 31 milyon avroya transfer edilən futbolçunun “Borussiya” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla