AZ

Orxan Fikrətoğlunun "Kinoçizgilər"i nəşr EDİLDİ

Tanınmış yazıçı, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlunun "Kinoçizgilər" adlı adlı yeni kitabı nəşr edilib.

Redaktor.az xəbər verir ki, 500 səhifəlik kitabda O.Fikrətoğlunun son illərdə yazdığı və Türkiyədə çəkilib ekranlara çıxan ssenariləri cəmlənib. Sözü gedən kitabda həmçinin kinodramaturqun Seyid Yəhya Bakuvi,Nəsrəddin Tusi barədə  sənədli filmlərin də ssenariləri də daxil edilib.

"Elm və Təhsil" Nəşriyyatında üşıq üzü görən bu kitab milli kinematoqrafiyamızın təbliğatı baxımından Orxan Fikrətoğlu tərəfindən atılmış təqdirəlayiq bir addımdır. Çünki son illər Azərbaycanda yeni filmlərin az çəkilməsinin fonunda kino tənqidi və kino tarixi mövzusunda demək olar ki, kitab dərc edilməyib. 

Azərbaycanda kino ssenariləri barədə sonuincu kitab isə keçmiş SSRİ dövründə çap olunub - "Rüstəm İbrahimbəyovun kino ssenariləri". Bu baxımdan O.Fikrətoğlunun sözü gedən kitabı müasir Azərbaycan kinematoqrafiyasında yenilik kimi qiymətləndirməık olar.

Sultan AYXAN 

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla